Namaz qılanlar hansı xəstəliyə tutulmur?

Namaz qılanlar hansı xəstəliyə tutulmur?

Namaz qılanlar hansı xəstəliyə tutulmur?
Namaz qılmaq, ibadət etmək insanın nəinki ruhi cəhətdən, hətta fiziki cəhətdən də sağlam olmasına səbəb olur. Belə ki, gün ərzində 5 dəfə namaz öncəsi təmizlik qaydalarına riayət etmək insanın bədəninin möhkəmlənməsinə səbəb olur. Bundan başqa gün ərzində qılınan 5 namazda 40 rükət və 80 səcdə var. Namazı qılarkən insan gün ərzində 80 dəfə əyilib qalxır. Bu zaman mömin şəxs professional bir gimnastın məşq elədiyi qədər idman etmiş olur. Bir gündə bu qədər əyilib qalxmaq insanın beyninə qanın müəyyən edilmiş miqdarda, eyni fasilələrlə işləməsinə səbəb olur ki, bu da başda əmələ gələ biləcək bir çox xəstəliklərin qarşısını alır.
Namaz qılarkən dizlərin bükülüb açılması diz oynaqlarında baş verən osteoxondrozun əmələ gəlməsinin qarşısını alır. Əyilib-qalxma hərəkətləri isə onurğanın elastikliyini artırır və radikulit riskini aradan qaldırır.
Bir sözlə Allah namaz qılmağı insanlara lütf edərkən hər bir şeyi digər lütfləri kimi mükəmməl olaraq düşünmüş və insanları bundan faydalanmağa çağırmışdır.




DİGƏR MƏQALƏLƏR