Kişi orqanizminə Viaqra kimi təsir edən məhsullar

Kişi orqanizminə Viaqra kimi təsir edən məhsullar

Rovir və Virxiliy Universitetinin (İspaniya) alimləri sübut edir ki, bəzi məhsullar kişi orqanizminə Viaqradan da güclü təsir edir - potensiyanı və cinsi meyli xeyli artırır.

Həmçinin Viaqradan fərqli olaraq bu məhsullar orqanizmə yalnız müsbət təsir edir.

Nəzərinizə çatdıraq ki, Viaqra və ona oxşar preparatların bir çox əks-göstərişləri və yanaşı təsirləri var (baş ağrısı, görmə və eşitmənin pozulması, təzyiqin artması, aritmiya və s.). Ürək-damar sistemi xəstə olanlarda, yaşlı kişilərdə Viaqranın qəbulu infarkta səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq potensiyanın yaxşılaşdırması üçün təbii vasitələrin istifadə daha məqsədəuyğun sayıla bilər.

İspaniya alimləri keçirdiyi eksperimentdə yaşı 18-35 arası olan 120 kişi iştirak edib. Eksperiment nəticəsində məlum olub ki, potensiyanı gücləndirən ən yaxşı məhsullar badam, fındıq və qozdur. Həmçinin bu məhsullar spermanın keyfiyyətini də yaxşılaşdırır.

Bundan əlavə kişi orqanizminə təbii Viaqra kimi təsir edən məhsullar arasında bunlar da var: günəbaxan və balqabaq tumları, sidr qozu, qızardılmış şabalıd.

Bütün sadaladığımız məhsullar kişi cinsi hormonlarının ifrazı üçün vacib olan sink, selen və yağlı turşularla zəngindir.




DİGƏR MƏQALƏLƏR