Bitki yağlarında xolesterin varmı?

Bitki yağlarında xolesterin varmı?

Bəzi bitki yağlarının üzərində "xolesterinsiz" ("без холестерина") yazını görmək olur.

Bu həqiqətən belədirmi? Həqiqətənmi bəzi bitki yağlarında xolesterin var, digərlərində isə yoxdur?

Bu suala çox sadə cavab vermək olar. Heç bir bitki yağında (!) xolesterin yoxdur və ola da bilməz. Beləliklə, bitki yağlarının üzərində "xolesterinsiz" və s. bu kimi yazılar sadəcə reklam hiyəsidir.

Saglamolun.az xəbər verir ki, xolesterin yalnız heyvanı məhsullarında mövcuddur. Lakin bu o demək deyil ki, heyvani məhsullar orqanizmdə xolesterinin yüksəlməsinə səbəb olur. Məsələ burasındadır ki, xolesterinin əsas hissəsi orqanizmin özündə sintez olunur, az hissəsi isə qidadan alınır.

Bir çoxları xolesterini insanın qatı düşməni hesab edir. Lakin bu belə deyil. Xolesterin orqanizm üçün həyati vacib maddədir. Bu maddə bütün hüceyrələrin membranlarına daxildir, orqanizmdə gedən bir çox proseslərdə iştirak edir və s.

Xolesterin yalnız damarlarda yığılmağa başlayanda insanın düşməninə çevrilir. Bu prosess isə hər orqanizmdə və hər damarda getmir. Bu yalnız orqanizmdə maddələr mübadiləsi pozulduqda və damarlarda iltihab yarandqda mümkündür. Saglam orqanizmdə və sağlam damarlarda xolesterin yığılmır.

Kategoriya: Sağlam qida   Baxilib: 46  


DİGƏR MƏQALƏLƏR