Başqasının Tanrısına söyməyin!

Başqasının Tanrısına söyməyin!

Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. (Ənam 6/108).

Getdikcə “kiçilən” müasir dünya fərqli din, inanc və mədəniyyətlərə mənsub olan fərdləri və cəmiyyətləri əhatə edir. Bu fərqliliklərin yox edilməsi mümkün deyil, bunun üçün çalışmaq da mənasızdır. Ona görə də sülhün və əmin-amanlığın bərqərar olması üçün eyni dünyanı paylaşan insanların bir-birinə hörmət göstərməsi, bir-birinin fərqlilikləri qarşısında dözümlülük nümayiş etdirməsi vacibdir. Aradakı fərqliliklər düşmənçilik səbəbi deyil, bəşəriyyətin mədəni zənginliyi olaraq başa düşülməlidir. Uca Allahın da buyurduğu kimi: “Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür.” (Maidə 5/48)

Kategoriya: İslam əxlaqı   Baxilib: 94  


DİGƏR MƏQALƏLƏR