Ailə qurmaq üçün

Ailə qurmaq üçün

Ailəni neçə yaşda qurmaq lazımdır ki, bu ailə xoşbət və möhkəm olsun? Alimlər bu suala cavab tapıb.

The Independent-ə istinadla xəbər verir ki, alimlər yüzlərlə ailə cütlüklərin münasibətlərini təhlil etdikdən sonra ailə qurmaq üçün ideal yaş təyin edib. Mütəxəssislərin fikrinə görə, bu 22-32 yaşlar arasıdır.

Bu yaşlarda ailə quran insanlar özünü daha xoşbəxt hiss edir və bu yaş qrupunda boşanmaların faizi ən aşağıdır.

Əksinə isə 30 yaşında ailə quranlar ən tez-tez boşanır. Mütəxəssislərin fikrinə görə, bunun səbəbi həyat təcrübəsinin az olmasıdır .

40 yaşa yaxın ailə quranlar da ailə həyatında çoxlu problemlərlə üzləşir. Bu yaşlarda ailə quran insanlar bir çox hallarda bunu son şans kimi qiymətləndirir və bu da tez-tez düz seçim etməyə mane olur.

Kategoriya: Psixologiya   Baxilib: 48  


DİGƏR MƏQALƏLƏR